Məşhur rok qrupu “Duman” mayın 1-də Bakı Konqres Mərkəzində heyranlarının qarşısına çıxacaq.
AZƏRTAC xəbər verir ki, ən son 2019-cu ildə Bakıda 3000-dən çox pərəstişkarına musiqi dolu saatlar yaşadan “Duman” qrupu bu dəfə də paytaxtımıza zəngin musiqi proqramı ilə gəlir.
Qrup Bakıda “Event Office” və “Atlantis” təşkilatlarının dəstəyi ilə çıxış edəcək. Daha öncə Cem Adrian, Ceza, Hasan Can Kaya kimi bir çox məşhurları ölkəmizə gətirən “Event Office”nin qurucu ortağı Togay Tekşen ənənəsinə sadiq qalaraq yenə də bir çox tanınmış simaları Azərbaycana gətirəcəklərini qeyd edib. O, bununla yanaşı Azərbaycanda bir çox yəni layihələri də reallaşdıracaqlarını bildirib.
Event Office: https://www.eventoffice.info/